top of page

Teymurov Şaiq
Vidadi oğlu
06.11.1996 – 29.09.2020

Foto

Həyat hekayəsi

Şaiq Teymurov 6 noyabr 1996-cı ildə İmişli rayonunun Aranlı kəndində anadan olmuşdur. 1999-cu ildə o, Aranlı kənd 1 saylı orta məktəbinin birinci sinfinə daxil olmuşdur. Hələ məktəbdə oxuyanda onun ən böyüyü arzusu torpaqlarımızın düşməndən azad ediləcəyi gün idi. 2010-cu ildə məktəbi bitirdikdə Şaiq hərbi xidmətə yollandı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Şaiq Teymurov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şaiq Teymurov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı Şəhid olmuşdur. Doğulduğu İmişli rayonunun Aranlı kəndində dəfn edilmişdir.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Şaiq Teymurov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişi.

bottom of page