top of page

Teymurov Vüsal
Zakir Oğlu
04.03.1991 - 13.11.2020

Foto

Həyat hekayəsi

əhrəman Şəhid Vüsal Zakir Oğlu Teymurovun keçdiyi Qəhrəmanlığ Və Döyüş Yolundan ...
Vüsal vətəni sevən, onu cani bahasına qoruyan cəsarətli Azərbaycan oğullarından biri idi.
Öz nizam-intizamı, təlim-tərbiyəsi, böyüklə böyük, kiçiklə kiçik olmağı ilə hamının hörmətini qazanmışdı. Təkcə ailədə yox, hər yerdə xətri əziz tutulurdu.
Şəhid Vüsal Zakir oğlu Teymurov 1991-ci il martın 4 də Bakı şəhərində anadan olmuşdur.1997-ci ildə Badamdar qəsəbəsindəki Şəhid Tofiq Məmmədov adına 239 nömrəli məktəbin 1 - ci sinfinə qəbul olmuşdur.
Oxuduğu müddət ərzində çalışqanlığı , səmimiliyi , nizam-intizamı ilə məktəb kollektivinin rəğbətini qazanmışdır.
2008-ci ildə 239 nömrəli məktəbi yaxşı və əla qiymətlərlə bitirmiş, həmin ildə yüksək balla Azərbaycan Kooperasiya Universitetinin "Gömrük işinin təşkili” fakültəsinə daxil olmuşdur.
2012ci ilin iyun ayında Universiteti bitirerek Veten borcunu yerine yetirmek üçün Herbi Xidmete Yollanîr.Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, N saylı hərbi hissənin 4
MAT, 10 MAB, II – taqım I manqa komandiri vəzifəsində xidmət etmişdi.
Torpaqlarımızın işğal altında olmasına heç zaman barışa bilmirdi. Vətən Müharibəsi Başladığı günden Ürəyindəki Vətənpərvərlik Vətən Eşqi Alovlanmağa başlamışdı. Ali Baş Komandan Cənab ilham Əliyevin Döyüş əmrindən Sonra Könüllü Olarağ Səbail Rayonu Səfərbərlik və hərbi xidmətə cağırış üzrə hərbi komisarlığına üz tutur.Helə həmin gündə oktyabr ayının 5 də Ailəsiylə görüşmədən Cəbhə xəttinə yollanır.
Vüsalın ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunmasında onun payının olması idi.
Vüsal Teymurov Döyüşlərə Füzuli rayonunda qoşulur.
Bir çox yüksəkliklərin Strateji əhəmiyyətli mövqelərin və bir çox kəndlərin azad olunmasıda böyük rolu olur. Vusal heyatda zarafatçıl cəsarətli ürəkli oğlan olub.Döyüş yoldaşları deyirlərki Vüsal döyüş əsnasıda döyüşə döyüsə bele zarafatlarında qalmırdı bizlərə lətifələr başından keçən əhvalatları danışardi o an başa düşməzdik ne etmək istədiyini vusalin məqsədi bizi ruhlandırmağ idi.
Döyüşlər zamanı 8 saat düşmən muhasirəsinə düşürlər bir çox döyüş yoldaşları şəhid olur. Vüsal öz yaralı dostlarını belində daşıyıb məntəqəyə çatdırır. Vüsal döyüşlər zamanı bir çox yaralı əsgərlərə ilk tibbi yardım göstərərək həyatda qalmalarına böyük rolu olmuşdur.
Vüsalın Döyüş yoldaşları Qazi dostları deyir ki, Vüsalın gözünde bir qram qorxu yox idi çox ürəkli çox hərəkətli insan idi. Biz düşməndən azad elədiyimiz kəndlərdə qida yemək su üçün düşməndən qalan mağaza dükanlara girərdik
Vüsal isə aptek ve ya anbarlara girib sonradan bizlərə yaralı əsgərlərə həyatı önəm kəsb edən zamanlarda lazım olan dava dərman iynələr yığıb bel çantasına doldurardi. Vüsalın zamanında öyəndiyi ilk tibbi yardım burada yaralı əsgərlərə çox xeyri dəymişdir .O yaralıların yaralarını təmizləyib , onları sarıyıb ağrılarını azaldmağ üçün ağrı kəsici iynələr vururdu.
Bir söznən Vusal həm cəsur qorxmaz döyüşcü həmdə bir çox yaralı əsgərin köməyinə çatan sanitar əsgər olmuşdur..
Elmahir adli Qazı yoldaşı deyirki mən Şuşada Vüsal gilin qrupuna qoşuldum Gəldiyimdə gecə idi ac idim həmdə üşüyürdüm yatmağada heçnəyim yox idi. Bir əsgər mənə yaxınlaşdı əlində yemək üçün qida vardı mənə verib dedi ki, yol gəlmisən ac olarsan sonra mənə öz əsgərlərin içinə girib yatmaları üçün spalni mesokunu (Yuxu Çantası) verdi .O zaman tanış oldum onunla bu Vüsal Teymurov idi. Çox ürəkli ürəyi təmiz ən pis anımızda başımız agrasa yemeye ehtiyac olanda kiminsə yarası olanda hətta kimin keyfi olmayanda dərdini belə Vüsala danışardı.
Onun bel çantası o qədər bərəkətli idi ki, heç zaman içindəkilər qurtarmazdi .İçinə topladığı yeməkləri corabları siqaretleri hamıyla paylaşardı. Vüsalın ürəyində Şuşanın onəmli yeri var idi. O Şuşanin azad olunmasında onunda payı olmasını istəyirdi. Vüsal sonuncu dəfə ailəsiylə oktyabr ayının sonlarında Şuşa əməliyyatına gedərkən əlaqə saxlayarağ dəyib: Biz Şuşaya gedirik bundan sonra rabitə olmayacağ İnşallah geri dönərsəm Qəhrəman dönməsəm Şəhid Olacam . Başınızı dik tutun oğlunuz Vüsal və döyüş dostlarım
burada bir tarix dastan yazır.
Vüsal və döyüş yolasları 30 ildi düşmən tapdağında olan Füzuli Xocəvənd , Cəbrail, Zəngilan , Qubadlı şəhərlərin rayon və bir çox kəndlərinin azad olunmasında qəhrəmancasına döyüşərək Şuşaya doğru 3 gün ac susuz yuxusuz irəliləyiblər.
Onəmli strateji əhəmiyyəti olan Daşaltı kəndi uğrunda qızğin doyüşlərdən sonra bu kəndi düşməndən azad etmişlərdir.
Şuşanın azad olmağını çox istəsədə ona qismət olmur bunu görmək. Şuşanın azad olduğu gün bəlkə saat bəlkə dəqiqələr sonra Şuşa azad olacağ Azərbaycan xalqı illərdi həsrətində qaldıği Qarabağın gözü mədəniyyətin paytaxtı olan Şuşa şəhərinin azad olmasını qeyd edəcəkdi.
Noyabrın 8 də Qələbə günündə Şuşa şəhərinə az məsafədə düşmən pusqusuna düşurlər və açılan 3 düşmən gülləsiylə vurulur.
Döyüş yoldaşı özünü Vüsala yetirərək başını qaldırır Vüsal Teymurov könüllu olarağ gülə gülə getdiyi Vətən Muharibəsində gülümsəyərək son sözlərini kəlmeyi şəhadət Əşhədü Lə İləhə İllallah və Əşhədü ənna Muhəmmədən Əbdühü və Rəsulu deyərək əbədi olarag azad görmək istədiyi vətən torpağında Qəhrəmancasına Şuşada o uca məqama Şəhidlik zirvəsinə ucalır.
Vüsalın nəşi Noyabr ayının 13 də doğulduğu Badamdar qəsəbəsində Şəhidlər məzarlığında böyük insan izdihamıyla dəfn edilir.
Ölümündən sonra Ali Baş Komandan Prizident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluğçusu göstərdiyi xüsusi Qəhrəmanlığ və Şücaətə görə " Vətən Uğrunda", "Qubadlının azad olunmasına görə" "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

bottom of page