top of page

Budaqov Rufiz
Şirzad oğlu
12.07.1977 – 29.09.2020

Foto

Həyat hekayəsi

Şəhid Budaqov Rufiz Şirzad oğlu 12 iyul 1977 tarixində Naxcıvan Muxtar Respublikasının Ordubad rayon Tivi kəndində dünyaya göz aşmışdı. Rufiz Budaqov Tivi kəndində yerləşən M.Kərimov adına tam orta məktəbdə təhsil almışdı.
1995-ci ildən Ordubad rayon hərbi hissəsində həqiqi hərbi xidmətə yollanmış və ömrünün digər yarısını Vətənə xidmətlə başa vurmuşdur. Ailəli idi. Günay, Könül, Rəvan adlı 3 övladı var.
Azərbaycan Ordusunun giziri olan Rufiz Budaqov 2020-ci il sentyabrın 27-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə zamanı şəhid olmuş və II Fəxri Xiyabanda dəfn edilmişdir.
Şəhidimiz evin böyük övladı olub. Həyat yoldaşı Nüşabə Budaqova deyir ki, Rufiz şəhid olan günü onlarla əlaqə saxlayıb:
“O, tank fərmandehi idi. Mənə zəng etdi, dedi ki, məndən nigaran qalmayın. Həmin vaxt əlaqə kəsildi. Murov yüksəkliyi uğrunda qəhrəmancasına döyüşüb. Rufiz mehriban adam idi. İşlə əlaqəli evdə çox olmurdu. O, evə gələndə bizim üçün bayram olurdu. İşini çox sevirdi. Tankda hər hansı bir problem olan zaman onu özü söküb düzəldirdi. Vətəninə, torpağına bağlı insan idi. Onun üçün də döyüşə ilk gedənlərdən oldu”.
Binəqədi rayonunda şəhidimizin adına küçə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rufiz Budaqov ölümündən sonra “Qarabağ ” ordeni ilə, “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

bottom of page