top of page

Quliyev Tural
Mustafa oğlu
25.10.1995 – 07.12.2020

Foto

Həyat hekayəsi

Tural Quliyev 25 oktyabr 1995 – ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. Uşaqliqdan atası ilə birgə tikintidə işfəyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə geri dönmüşdür.
2020-ci ilin 9 sentyabr tarixindən Tural Quliyev müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Həyatında ən böyük arzusu ailə həyatı qurmaq olmuşdu lakin buna nail ola bilməmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Tural Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Tural Quliyev 1 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunun Murovdağ silsiləsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Əvvəlcədən Turalın itkin düşməsi barəsində məlumat olmasına baxmayaraq 07.12.2020-ci il tarixində onun nəşi tapılaraq ailəsinə verildi.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Tural Quliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

bottom of page